AZ

14 ştat Tramp və Maskı məhkəməyə verir

14 ştat ABŞ prezidenti Donald Tramp və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska qarşı agentliyi qeyri-məhdud səlahiyyətdə və ölkə konstitusiyasını pozmaqda ittiham edərək federal məhkəməyə müraciət edib.

XəzərNews.az xəbər verir ki, bu barədə ABC telekanalı iddia bəyanatına istinadən məlumat yayıb.

İddiada deyilir:

“Maskın hökuməti işçilərindən məhrum etmək və bütün şöbələri qələm və ya siçan tıqqıltısı ilə ləğv etmək kimi məhdudiyyətsiz və nəzarətsiz gücü bu ölkənin müstəqilliyini qazananları şoka salacaq”.

ABC qeyd edir ki, ştatların Ağ Ev rəhbərinə və DOGE rəhbərinə qarşı iddiası həm də Maskın həddən artıq “geniş səlahiyyətlərə” malik olması və prezident tərəfindən rəsmi olaraq hökumət vəzifəsinə təyin edilməməsi və Senat tərəfindən təsdiqlənməməsindən ibarətdir. İddiada deyilir ki, bu, ABŞ Konstitusiyasının Təyinatlar Maddəsinin 2-ci maddəsinin 2-ci bölməsinin 2-ci bəndini pozur.

Aylin
XəzərNews.az


Xəbər 5 dəfə oxunub.
Seçilən
7
xezernews.az

1Mənbələr