AZ

Şamaxı sakini dəm qazından öldü



Şamaxıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 13-ü saat 19 radələrində Şamaxı rayonunun Nağaraxana kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Oleq Petroviç Kretinin yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.



Seçilən
32
11
medicina.az

10Mənbələr