Bu ildən dövlət tərəfindən maaliyələşən kanallarda surdotərcüməçiliyin tətbiq edilməsi üçün qanuna dəyişiklik edilməsi üzrə işlər gedir.
Day.Az xəbər verir ki, bunu bu gün jurnalistlər üçün keçirilən brifinqdə Audiovizual Şuranın sədri İsmət Səttarov deyib.
O bildirib ki, Milli Məclisdə bu qanun müzakirə edildikdən sonra qərar veriləcək.
"Azərbaycanda surdotərcümə çox azdır. Gələcəkdə özəl kanallarda da surdotərcüməçiliyin tətbiq edilməsi ola bilər", - deyə o qeyd edib.