AZ

"ABŞ-nin Kiyevə nüvə silahı verib-verməyəcəyi barədə qərar prezidentdən asılıdır" - Pentaqon

ABŞ-nin Kiyevə nüvə silahı verib-verməyəcəyi barədə qərar Prezident Donald Trampdan asılıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset “Breitbart News” portalına müsahibəsində bildirib.

"Burada olmağımda məqsəd nəyi isə elan etmək və ya etməmək deyil. Bu, mənim işim deyil. Bu, prezidentin işidir. O, liderdir, o, danışıqların və sövdələşmələrin ustasıdır", - müdafiə naziri qeyd edib.

Seçilən
14
4
azpolitika.info

5Mənbələr