Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılan rusiyalı Aleksandr Vinnik Moskvaya qayıdıb.
Xezerxeber.az xəbər verir ki, Vinnikin göyərtəsində olduğu təyyarə Rusiya paytaxtının hava limanına enib.
Aleksandr Vinnik rusiyalı İT mütəxəssisi və sahibkardır. O, 2011-2017-ci illərdə o, dünyanın ən nəhəng qurumlarından birinə çevrilən BTC kriptovalyuta birjasında çalışıb. Rusiyalı 2017-ci ildə ABŞ-nin tələbi ilə Yunanıstanda həbs edilib və orada 4-9 milyard dollar arasında pulların “yuyulmasında” ittiham olunub. Vinnik Fransaya, oradan da ABŞ-yə ekstradisiya edildikdən sonra çirkli pulların “yuyulmasında” ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
xatırladaq ki, fevralın 11-də Rusiya mübadilə çərçivəsində ABŞ vətəndaşı Mark Foqeli azad edib. Anglo-Amerikan Məktəbinin keçmiş müəllimi və ABŞ-nin Moskvadakı səfirliyinin sabiq əməkdaşı 2022-ci ildə narkotik qaçaqmalçılığına görə 14 il müddətinə ciddi rejimli cəza koloniyasına məhkum edilmişdi.