Bu ölkədə gözəl anlar yaşamışam.
"Report" "newsit.gr" nəşrinə istinadən xəbər verir ki, bunu Yunanıstanda "Əfsanə" mükafatına layiq görülən futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
70 yaşlı mütəxəssis ölkəsi Portuqaliya ilə Yunanıstanı birləşdirən çox şeyin olduğunu bildirib:
"AEK klubunda işə başladığım 2001-ci il və milli komanda ilə iştirak etdiyimiz DÇ-2014 mənim üçün xüsusidir. Təvazökar görünmək istəmirəm, amma bütün uğurları komanda yoldaşlarıma və futbolçulara borcluyam".
Qeyd edək ki, Fernandu Santuş daha əvvəl Yunanıstan millisi ilə yanaşı, bu ölkənin AEK, "Panatinaikos" və PAOK klublarını çalışdırıb. O, AEK-lə ölkə çempionu olub, Yunanıstan yığması ilə DÇ-2014-də 1/8 finala yüksəlib.