“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiçin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının son turunda “Zirə” üzərində 2:1 hesablı qələbə qazandınız. Matçı necə şərh edərdiniz?
- Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Belə də oldu. 90 dəqiqə mübarizə apardıq. Yekunda da qələbə qazandıq və buna görə çox sevinirik.
- Dramatik sonluq barədə nə deyə bilərsiniz?
- Sona yaxın hesabı açdıq. Açığı, rəqibin cavab qolunu gözləmirdik. Lakin ruhdan düşmədik. İkinci qolu da vurmağa müvəffəq olduq.
- Rəqib hesabı bərabərləşdirəndən sonra 3 xalın əldən getdiyiniz düşündünüz? Qələbəyə inam qalmışdı?
- Bilirdik ki, vaxt azdır. Buna baxmayaraq, sona qədər mübarizə apardıq. Şükür Allaha ki, istəyimizə çatdıq.
- Ardıcıl 3 qələbədən sonra “Neftçi” qayıdır deyə bilərik?
- Düzdür, son 3 oyunda qalib gəlmişik. Lakin bununla kifayətlənmək, razılaşmaq olmaz. Çatışmayan cəhətlərimiz var. Onlar üzərində çalışmalıyıq. Daha da yaxşı vəziyyətə gəlməli və bu qələbələrin ardını gətirməliyik.
- Qarşıdan “Qarabağ”la oyun gəlir. Qələbə seriyasını davam etdirmək mümkün olacaq?
- “Qarabağ” yaxşı rəqibdir. Güclü heyətləri var. Biz öz meydanımızda oynayacağıq. Azarkeşlərimizn dəstəyi ilə “Qarabağ”ı məğlub etmək istəyirik.
- Zirədəki dramatik qələbə “Neftçi” üçün əlavə motivasiya, “Qarabağ”la oyundan öncə azarkeşlər üçün isə çağırış ola bilər?
- Hər qələbə bizə xeyir verir. Azarkeşlərimiz hər oyunda bizə dəstək verirlər. İnanıram ki, “Qarabağ”la oyunda daha güclü dəstəyimiz olacaq.
- Ağdam klubu hazırda ideal formada deyil. Bunu “Neftçi” üçün üstünlük saymaq mümkündür?
- Rəqibin çıxışı barədə nəsə demək istəmirəm. Hər oyun fərqli keçir. Biz yalnız öz çıxışımız barədə düşünürük. Məqsədimiz qalib gəlməkdir.
İdman.biz