AZ

Beynəlxalq kitab bağışlama günü ilə bağlı kreativ tədbir keçirilib- FOTOLAR

Sumqayıt Dövlət Dram Teatrında Beynəlxalq kitab bağışlama günü ilə bağlı kreativ layihə gerçəkləşib.

Belə ki, teatrın yeni yaranacaq kitabxanası üçün bir kitab gətirən  "Ocaq"  tamaşasına dəvətnamə əldə edib.

Öncə foyedə düzənlənən tədbirdə moderator, Əməkdar artist Cəlal Məmmədov Beynəlxalq kitab bağışlama gününün tarixindən söz açıb,  layihənin əhəmiyyətindən danışdı. Tədbirə qatılan millət vəkilləri  Elnarə Akimova, Aydın Hüseynov, Ceyhun Məmmədov,  AMEA Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli, elmi katib Aygün Bağırlı,  əməkdar müəllim, Şöhrət ordenli şair Ofeliya Babayeva, Sumqayıt şəhər İcra hakimiyyətinin məsul işçisi Fərman Kazımov çıxış etdi.  Natiqlər tədbirin ədəbi- mədəni, mənəvi əhəmiyyətini vurğuladı, müasir gəncliyin uğur hekayəsinin tamamlanması, onların doğru yolda pərvəriş tapmaları üçün kitabın mayak rolundan danışıldı. Bildirildi ki, nə qədər alternativ mənbələr meydana gəlsə də, heç biri hikmət xəzinəsi olan kitabı əvəzləyə bilməz. Dəvətlilər şəxsi kitabxanalarından kitabları teatra hədiyyə etdilər.

Habelə, şəhər ədəbi mühitinin tanınmış simaları, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti layihədə fəallıq göstərdilər. Daha sonra qonaqlar  "Ocaq" tamaşasını izləmək üçün zala daxil oldular.

Türkiyənin ünlü yazarı Turqut Özakmanın "Ocaq" psixoloji dramına teatrın baş rejissoru, Xalq artisti, Prezident mükafatçısı, Qızıl Dərviş mükafatı laureatı Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssam Mustafa Mustafayev, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Tamaşa  alqışlarla qarşılandı.

Seçilən
71
news365.az

1Mənbələr