AZ

Ağdamda yük maşını minaya düşüb (YENİLƏNİB)

Ağdamda mina partlayışı ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb

Bildirilir ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində 2025-ci il 14 fevral tarixində mina hadisəsi baş verib.

Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşmüş, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnmiş, hadisə nəticəsində xəsarət alan olmamışdır.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

11:35

Ağdamda yük maşını minaya düşüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.

Mina partlaması nəticəsində ərazidə işləyən "HOVA" markalı yük maşınına ciddi ziyan dəyib.

Xəsarət alan olmadığı deyilir.

Seçilən
62
30
ucnoqta.az

6Mənbələr