AZ

Təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir

Bakı. Trend:

Təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan Şəhərsalma və Tikinti Məcəlləsi, “Texnikitəhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında”Qanunlara təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, əhali və ətraf mühit üçün təhlükə yaradantəhlükəli maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması,istifadəsi və ləğvi ilə məşğul olan, həmçinin radioaktiv vəionlaşdırıcı şüa mənbələrinə, partlayış və digər qəza təhlükəlitikililərə, qurğulara və avadanlıqlara malik istehsal, təchizat,nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallıobyektlər hesab ediləcək.

Həmçinin, təhlükə potensiallı obyektlər vahid dövlət reyestrindəqeydiyyata alınmalıdır. Təhlükə potensiallı obyektlərin vahiddövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyətiorqanı tərəfindən müəyyən ediləcək.

Məlumat üçün bildirək ki, Şəhərsalma və Tikinti Məcəlləsi,“Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələrhaqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinətəklif olunan dəyişikliklər texniki xarakter daşıyır və qanununmətninin ifadə tərzini daha aydın və dəqiq olması məqsədi ilətəklif edilir.

Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunandəyişikliyə əsasən burada istifadə olunan “təhlükə potensiallı”sözləri “xüsusi riskli” sözləri ilə əvəz edilir. “Texnikitəhlükəsizlik haqqında” qanun layihəsində isə “Təhlükə potensiallıobyektlər” maddəsi təkmilləşdirilir və yeni redaksiyada verilir.“Lisenziyalar və icazələr haqqında” qanun layihəsinə təklif olunandəyişiklik isə dəqiqləşdirmə xarakteri daşıyır. Burada “dövlətreyestri” sözlərinin əvvəlinə “vahid” sözünün əlavə edilməsi təklifolunur.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Seçilən
10
1
az.trend.az

2Mənbələr