Bakı. Trend:
Xidmət keyfiyyətinin artırılması istiqamətində mütəmadi yenilayihələrin təqdimatını həyata keçirən Əmanətlərin SığortalanmasıFondu xidmət çeşidliyini artırmaq və müştərilərinin rahatlığınıtəmin etmək üçün yeniliklər tətbiq etməyə davam edir.
Fonddan Trend-ə verilənməlumata görə, ləğv prosesində olan (LPO) bankların müştərilərikredit ödənişlərini Azərbaycanda geniş ödəniş terminal şəbəkəsinəmalik olan MilliÖn ödəniş sistemi və terminalları, habelə AniPay,M10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqi vasitəsilə artıqgünün 24 saatı, həftənin 7 günü bütün ölkə ərazisində, filiallaragetmədən, növbə gözləməyə vaxt itirmədən çevik şəkildə həyatakeçirə biləcəklər. Qeyd edək ki, onlayn ödəniş sistemləri vəterminalları ödəniş zamanı müştəridən heç bir komissiya haqqıtutmur. Evdən çıxmadan ödənişlərinizi tətbiq və ya sayt üzərindəndə həyata keçirə bilərsiniz. Digər üstünlük isə sözügedən ödənişterminallarının AZN valyutası ilə yanaşı, ABŞ dolları və Avroəskinaslarını qəbul edə bilməsidir.
LPO bankların fiziki şəxs olan müştəriləri identifikasiyanömrəsi (Fin kod), hüquqi şəxslər isə VÖEN-dən istifadə etməkləkredit ödənişlərini AniPay, M10, ABB və “Kapital Bank” ASC-ninmobil tətbiqləri, habelə MilliÖn onlayn ödəniş sistemi və yaterminalları vasitəsilə həyata keçirə biləcəklər. BorcalanlarAniPay, MilliÖn və M10 ödəniş sistemlərində bank xidmətlərinə daxilolub Əmanətlərin Sığortalanması Fondunu seçib ödəniş edə bilərlər.ABB-yə aid mobil tətbiqdən istifadə zamanı isə müştərilər ödənişlərbölməsini seçib, “Kredit” alt bölməsinə daxil olduqdan sonra Fondunadını seçərək ödənişi tamamlaya bilərlər. Həmçinin “Kapital Bank”ASC-nin mobil tətbiqinə daxil olduqdan sonra ödənişlər bölməsiniseçib “Dövlət” alt bölməsinə daxil olub Fondu seçdikdən sonra qeydedilən şəkildə ödənişi başa çatdırmaq olar.
Əlavə olaraq bildiririk ki, müştərilər üçün kredit ödənişlərininəlçatanlığının təmin edilməsi məqsədilə Əmanətlərin SığortalanmasıFondu “Azərpoçt” MMC ilə də əməkdaşlığa başlamışdır. Ləğvprosesində olan bankların müştəriləri bütün ölkə ərazisində, ucqarkəndlərdə belə kredit ödənişlərini sürətli, çevik və daha asanşəkildə ödəyə biləcəklər. Qeyd edək ki, artıq LPO banklarınmüştəriləri Azərpoçt məntəqələrinə yaxınlaşaraq ödəniş etdikləribankın adını və öz şəxsiyyət vəsiqələrini, fərdi identifikasiyanömrəsini (FİN) təqdim etməklə Manat, ABŞ dolları və Avrovalyutalarında kredit ödənişlərini həyata keçirə bilərlər.
Məlumat üçün qeyd edək ki, ödəniş terminallarında metal puldanistifadə və pulun qalığının qaytarılması imkanı nəzərdətutulmamışdır. Bu səbəbdən ödəniş edərkən dəqiq məbləği ödəməyiniztövsiyə edilir.