AZ

“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində tətbiq olunacaq

​"ASAN xidmət" modelinin ixracı ilə bağlı imzalanan sazişlərin sayı 25 olub.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ("ASAN xidmət") məlumat verilib.

​Bildirilib ki, Dünya Hökumətlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiyanın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

​Memorandum “ASAN xidmət” təcrübəsinin Kolumbiyada tətbiqini, eləcə də kolumbiyalı dövlət qulluqçuları üçün "ASAN xidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Kolumbiya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.

​Beləliklə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkənin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq.

Seçilən
55
20
aznews.az

10Mənbələr