AZ

Üzərinə həbs qoyulan əmlakın satılması haqda qayda dəyişib

Üzərinə

Milli Məclisin bugünkü plenar iclasında Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Reyting.az
xəbər verir ki, dəyişikliklə Azərbaycanda üzərinə həbs qoyulan əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və yaxud idarəetməyə verilməsi qaydalarını Nazirlər Kabineti təsdiqləyəcək.

Qeyd olunub ki, dəyişikliklər mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda üzərinə həbs qoyulmuş əmlakın dəyərinin itirilməsinin qarşısını almağa, son nəticədə əmlak mülkiyyətçisinin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.

Layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Seçilən
34
16
reyting.az

10Mənbələr