Barış Boyunun rəhbərlik etdiyi cinayət təşkilatına qarşı eyni vaxtda keçirilən əməliyyatlarda 21 şübhəli saxlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul bölgəsində baş verib.
İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İtaliyada saxlanılan Barış Boyunun rəhbərlik etdiyi cinayət təşkilatının üzvlərinin tutulması istiqamətində işlər davam etdirilir.
İş yeri, yaşayış və nəqliyyat vasitələrinə atəş, qarət, saxlama daxil olmaqla, 14 fəaliyyətdə iştirak edən 26 şübhəli müəyyən edilib. Bundan əlavə, sosial media platformaları vasitəsilə təbliğat aparan 11 şübhəli də müəyyən edilib.
Şübhəlilərdən 4-nün xaricdə, 2-nin isə həbsdə olduğu müəyyən edilib. Şübhəlilərin tutulması üçün İstanbulda müəyyən edilən ünvanlarda eyni vaxtda əməliyyat keçirilib.
31 şübhəlinin tutulması üçün keçirilən əməliyyat zamanı 21 şübhəli tutularaq saxlanılıb. Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.
Oksana