
Pakistanın Bəlucistan əyalətində mədən işçilərini daşıyan yük maşınında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb.
Reyting.az xəbər verir ki, hadisə Harnai rayonunun Şahraq bölgəsində kömür mədənləri sahəsində mədənçiləri daşıyan yük maşınında qeydə alınıb.
Səlahiyyətlilər hadisənin yola qoyulmuş partlayıcının işə salınması nəticəsində baş verdiyinə inanırlar.
Bəlucistan baş naziri Sərfraz Buqti hadisənin terror aktı olduğunu deyib.
İnsan itkisindən kədərləndiyini bildirən Buqti “terror bəlasının” kökünü kəsəcəyinə söz verib:
“Günahsız vətəndaşları hədəfə alan terrorçular əfv olunmağa layiq deyillər. Bu hadisədə iştirak edən terrorçular ən qısa zamanda məhkəmə qarşısına çıxarılacaqlar.
V. QULİYEV