AZ

“77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” təqdim olunub.

Məruzəni ədliyyə nazirinin müavini Toğrul Hüseynov səsləndirib.

Nazir müavini qeyd edib ki, bələdiyyə fəaliyyətinə inzibati nəzarət çərçivəsində 102 831 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib:

“Onlardan 97%-i, yəni 99 838-i qanunvericiliyə uyğun hesab edilib. 2.5%-i, yəni 2594-ü isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün bələdiyyələrə təklif olunub, 399 akt isə baxılmaqdadır. 51 halda ciddi qanun pozuntusu müəyyən edilib, 21 iş üzrə cinayət işi açılıb. Qeyri-qanuni torpaq satışı, mənimsəmə və saxtakarlıq faktları araşdırılıb, müxtəlif bələdiyyə sədrləri və vəzifəli şəxslərə qarşı cinayət işləri başlanıb. 77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib”.

Məruzə səsə qoyularaq qəbul edilib.

©qafqazinfo

Seçilən
29
2
valyuta.az

8Mənbələr