AZ

Sığortaçı: "Türkiyədəki kimi zəlzələ Bakıda olarsa, ölkəyə 50 milyard dollarlıq zərər dəyə bilər"

Bakıda Türkiyədəki kimi zəlzələ baş versə, ölkəyə 50 milyard ABŞ dolları məbləğində zərər vuracaq.

FED.az xəbər verir ki, bunu ölkənin sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədri Rəşad Əhmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"Katastrofik risklərin idarə edilməsi çərçivəsində yaxın tarixə baxsaq, 1999-cu ilə Türkiyənin Mərmərə bölgəsində baş vermiş zəlzələ nəticəsində 20 milyard dollarlıq birbaşa, 50 milyard dollarlıq isə bilavasitə zərər oldu. Halbuki, bu dövrdə ümumi zərərin 10 %-i belə sığortalı deyildi. Odur ki, yükün böyük hissəsi dövlətin üzərinə düşdü. 2023-cü ildə baş vermiş Kahramanmaraş zəlzələsi zamanı isə 105 milyard dollarlıq zərər ortaya çıxdı. Bu zərərin yalnız 5 milyard dollarını sığorta şirkətləri qarşıladı.

Azərbaycanla müqayisə aparmağa çalışıram. Düzdür, Türkiyənin ərazisi böyükdür, ancaq bu o demək deyil ki, biz onlardan 10 dəfə kiçik əraziyə malik olduğumuz üçün zərər 10 dəfə az olacaq. Müqayisə üçün deyə bilərəm ki, təkcə Bakıdakı Heydər Əliyev Mərkəzinin və Alov Qüllələri Kompeksinin inşasının dəyəri 1 milyard ABŞ dollarından çoxdur. Son 20 ildə Bakıda dövlət sifarişi ilə tikilən, bundan başqa özəl şirkətlərin inşa etdiyi binalar var. Zəlzələ baş verdikdə nə qədər böyük kotostrofik risklə qarşı-qarşı qaldığımızı təsəvvür edə bilərsiniz. Nəzərə alaq ki, Azərbaycanda bu risklərin heç 10 %-i sığortalanmayıb. Digər 90 % necə qarşılanacaq, iqtisadiyyat necə bir yüklə qarşı-qarşıya qalacaq, bu pulu haradan tapacağıq, bütün bunlar sualdır", - deyə o qeyd edib. (Report)

Seçilən
36
3
fed.az

8Mənbələr