"Bələdiyyələrin son birləşməsindən sonra da Azərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələrlə müqayisədə yenə də çoxdur".
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir.
"Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir".
Firuzə Əliyeva