Bakı. Trend:
Fevralın 14-də Elm və Təhsil Nazirliyinin Yüksək TexnologiyalarParkı (YTP) və Azərbaycanın aparıcı ali təhsil müəssisələriarasında strateji əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.
Trend xəbərverir ki, sazişə əsasən Bakı Dövlət Universiteti, AzərbaycanTexniki Universiteti və Azərbaycan Dövlət Neft və SənayeUniversitetinin İT, mühəndislik və elm istiqamətlərində seçilmişSABAH qrupları proqramlarının tədrisinin 2026-cı ildən etibarən YTPərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyində keçirilməsinəzərdə tutulur.
Tədbirin açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrəDövlət Agentliyinin direktoru Ülkər Səttarova “Ali təhsildə yeniməzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsivə maliyyələşdirilməsi barədə” Azərbaycan RespublikasıPrezidentinin Sərəncamına əsasən SABAH proqramının əhatə dairəsininmərhələlərlə genişləndirilməsi barədə aparılan işlər barədə ətraflıməlumat verib və YTP ilə bu istiqamətdə “SABAH.city” innovasiyaşəhərciyi çərçivəsində baş tutacaq əməkdaşlığın əhəmiyyətinivurğulayıb.
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev,Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev vəAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru RüfətƏzizov rəhbərlik etdikləri universitetlərdə SABAH proqramlarıçərçivəsində görülən işlər haqqında çıxış edərək ali təhsilinkeyfiyyətini yüksəltmək üçün yeni yanaşmaların tətbiqininzəruriliyini qeyd ediblər.
Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov“SABAH.city” innovasiya şəhərciyi və ali təhsil müəssisələriarasında əməkdaşlıq barədə təqdimat edərək bildirib ki, bu layihəçərçivəsində müasir standartlara cavab verən infrastruktur,yenilənmiş kurikulum, innovativ tələbə qiymətləndirmə sistemi vəyüksək ixtisaslı professor-müəllim heyəti ilə təhsilin keyfiyyətidaha da yüksəldiləcək.
Qeyd edilib ki, bakalavr və magistr tələbələrini əhatə edən butəşəbbüs tədqiqat və innovasiya yönümlü akademik mühitin inkişafı,iştirakçı universitetlərdə qabaqcıl akademik ekosisteminyaradılması və tələbələri daim yenilənən əmək bazarına hazırlamaqüçün innovativ təhsil modellərini tətbiqini hədəfləyir.