Yüksək Texnologiyalar Parkı (YTP) və aparıcı ali təhsil müəssisələri arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığın qurulmasına dair Anlaşma Sazişi imzalanıb.
“Report”un məlumatına görə, sənədə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İT, mühəndislik və elm istiqamətlərində seçilmiş SABAH qrupları proqramlarının tədrisinin 2026-cı ildən etibarən YTP ərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bakalavr və magistr tələbələrini əhatə edən bu təşəbbüs tədqiqat və innovasiya yönümlü akademik mühitin inkişafı, iştirakçı universitetlərdə qabaqcıl akademik ekosistemin yaradılması və tələbələri daim yenilənən əmək bazarına hazırlamaq üçün innovativ təhsil modellərini tətbiqini hədəfləyir.