Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədəki bank olmayan kredit təşkilatlarına (BOKT) kənar auditin aparılması və korporativ idarəetmə standartlarının tətbiqinə dair tələblər müəyyən edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu AMB-nin BOKT-ların fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Bundan başqa, o deyib ki, BOKT-ların dövlət fondları ilə əməkdaşlığı daim diqqətdə saxlanılır: "Bu fondların BOKT-lara qarşı tələblərini kredit təşkilatları ilə müzakirə edir və zəruri olduqda təkliflər veririk".