Beyləqanda zəhərlənmə hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Yunus Abbasov zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.
Onun sirkədən zəhərləndiyi bildirilir.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Y.Abbasovun hansı şəraitdə sirkə içməsi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.