AZ

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları təyinat alıblar.

"Report" xəbər verir ki, bu barədə Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan təmsilçiləri kişi həndbolçular arasında EHF Kubokunun 1/8 finalında Yunanıstanın “AEK” və Sloveniyanın “MRK Krka” komandalarının görüşlərini idarə edəcəklər.

Qarşılaşmalar fevralın 15-16-da Yunanıstanda keçiriləcək.

Seçilən
43
5
report.az

6Mənbələr