AZ

Qanunsuz silah-sursat, partlayıcı maddələr əldə etmə, satma və gəzdirməyə görə məsuliyyət dəyişir

Bakı. Trend:

Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət dəyişir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə təklifedilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qanunsuz olaraq odlu silah, onunkomplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həminsilah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirməiki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətəazadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdanməhrum etmə ilə cəzalandırılacaq. Nəzərdə tutulmuş əməllərqabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindəntörədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluqmövqeyindən istifadə etməklə törədildikdə üç ildən beş ilədəkmüddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüşsursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatıistisna olmaqla), partlayıcı maddələri və qurğuları satma dördildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq. Nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olanbir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat)tərəfindən törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindənistifadə etməklə törədildikdə; təkrar törədildikdə; mediadan, ocümlədən internet informasiya ehtiyatlarından və yainformasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklətörədildikdə beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etməilə cəzalandırılacaq.

Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuqatıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyimləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlıolaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmisaatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətəislah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə ya bir ilədək müddətə azadlıqdan məhrum etmə iləcəzalandırılacaq.

Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verənşəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibiyoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Seçilən
36
14
az.trend.az

10Mənbələr