Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Livan rəsmiləri İsrailin "Hizbullah" üçün silah qaçaqmalçılığı ilə bağlı ittihamları səbəbilə İranın "Mahan Air" təyyarəsinin Beyrut hava limanına enməsinə mane olub.
Bu, İran və Livan arasında ciddi beynəlxalq qalmaqala səbəb olub.
Sosial mediada Beyrutun İran təyyarəsinin əvvəlcədən icazə almasına baxmayaraq enişinə icazə verməməsindən sonra livanlı sərnişinlərin Tehran hava limanında qapalı qaldığını göstərən videolar yayılıb.
لا يزال مواطنون لبنانيون عالقون منذ صباح اليوم في مطار طهران، بعد أن ابلغ الطيران المدني، شركة ماهان إير الإيرانية للطيران، بعدم تمكّن رحلتها الآتية إلى بيروت اليوم من الهبوط، بحسب ما علمت الـLBCI. pic.twitter.com/CaM0xWhA54 — LBCI Lebanon News (@LBCI_NEWS) February 13, 2025