Rusiya prezidenti Vladimir Putin döyüşlər zamanı evləri zədələnmiş və bərpası mümkün olmayan Mariupol sakinlərinin mənzillə təmin olunması üçün 2025-ci il aprelin 1-dək tədbirlərin görülməsinə göstəriş verib.
Adalet.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat dərc olunub.
Müvafiq sərəncam Rusiya hökumətinə və Donetsk Xalq Respublikasının icra orqanlarına verilib. Sərəncamın icrasına cavabdeh Baş nazir Mixail Mişustin və DXR rəhbəri Denis Puşilin təyin edilib .