AZ

Müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir!

Azərbaycan və Somali arasında diplomatik əlaqələr son dövrlər sürətlə inkişaf edir. Fevralın 11-12-də Somali Prezidenti Həsən Şeyx Məhəmmədin Azərbaycana rəsmi səfəri bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər zamanı Azərbaycan və Somali prezidentləri İlham Əliyev və Həsən Şeyx Məhəmmədin iştirakı ilə bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və yeni imkanların açılması baxımından böyük əhəmiyyət daşıyır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf arasında sosial sahədə əməkdaşlıq müzakirə edilib. Energetika naziri Pərviz Şahbazov və Somalinin energetika naziri Abdullahi Bidham Varsame enerji sahəsindəki əlaqələrin inkişafına dair razılığa gəliblər. Həmçinin iki ölkənin xarici işlər və müdafiə nazirləri arasında qarşılıqlı dəstək və əməkdaşlıq mübadiləsi baş tutub.

İmzalanan sənədlər və həyata keçirilən mübadilə iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirir. Somali Azərbaycanın inkişaf təcrübəsindən faydalanaraq iqtisadiyyatını gücləndirə bilər. Eyni zamanda bu əməkdaşlıq regional təhlükəsizliyin təmin olunması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Azərbaycan öz müsbət təcrübəsini Afrika ölkələri ilə bölüşərək qitənin inkişafına dəstək verir. Ölkəmizin uğurlu iqtisadi modeli, təcrübə mübadiləsi və humanitar yardımları Afrika ölkələrinin daha güclü və müstəqil gələcəyə doğru irəliləməsini təmin edə bilər. Somali və digər Afrika ölkələri ilə əməkdaşlıq ölkəmizin qlobal mövqeyini möhkəmləndirir və qitə ilə gələcək əlaqələrin dərinləşməsinə zəmin yaradır.

Son Yazılar:

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

 

Seçilən
2
1
viral.az

2Mənbələr