Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) keçmiş pilotu və Müdafiə və Təhlükəsizlik Alert jurnalının hərbi müxbiri Suman Şarma bildirib ki, Rusiyanın beşinci nəsil Su-57 döyüş təyyarəsi qlobal bazarda yeni bir təyyarədir, Amerika F-35 isə köhnədir.
Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
O, Hindistanın Banqalor şəhərində keçirilən “Aero India 2025” sərgisində nümayiş etdirilən Amerikanın beşinci nəsil qırıcı F-35-in köhnə təyyarə olduğunu, üstünlüyü onun uzun müddətdir ki, bazarda olmasında qiymətləndirib.
Pilot Amerika təyyarəsini bazarda nisbətən yaxınlarda peyda olan Su-57 ilə müqayisə edib. “Mən inanıram ki, manevr qabiliyyətinə görə o, Amerika modelindən açıq şəkildə üstündür. Su-57 Suriya və Ukraynada da uğurla istifadə edilib ki, bu da ona üstünlük verir”, - pilot bildirib.
Nigar