AZ

Süni ət depressiya riskini artırır

Süni

Sürrey Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli ət əvəzedicilərinə üstünlük verən insanlarda depressiya əlamətləri daha çox müşahidə olunur. Tədqiqatın nəticələri Food Frontiers jurnalında dərc edilib.Mütəxəssislər vegetarianların psixi sağlamlığını iki qrupda qiymətləndiriblər. Birinci qrupa bitki mənşəli ət istehlak edənlər, ikinci qrupa isə bu cür məhsullardan uzaq duranlar daxil olub.Araşdırma göstərib ki, vegan ətini seçənlərdə depressiya inkişaf riski 42% daha yüksək olub. Bundan əlavə, bu qrupun iştirakçılarında arterial təzyiqin yüksəlməsi və qan analizlərində iltihab əlamətləri qeydə alınıb.Alimlər hesab edirlər ki, iltihab beynin əhval-ruhiyyəyə təsir edən kimyəvi maddələr istehsalını poza bilər. Bununla belə, onlar bu əlaqənin səbəblərini dəqiq anlamaq üçün əlavə araşdırmaların vacib olduğunu vurğulayırlar.Digər tərəfdən, psixi sağlamlıq üçün potensial risklərə baxmayaraq, bitki mənşəli ət istehlakı qıcıqlanmış bağırsaq sindromu riskini 40% azalda bilər.Araşdırmanın baş müəllifi professor Nofar Geyfman bildirib ki, balanslı qidalanma ilə bitki mənşəli ət əvəzedicilərinin təhlükəsiz olması mümkündür. Bu məhsullar ultraemal olunmuş hesab edilsə də və tərkibində çoxlu kalori, şəkər, doymuş yağ və duz olsa da, tədqiqat iştirakçılarının qida rasionlarında əsas qida maddələri baxımından ciddi fərqlər aşkar edilməyib.Səidə

Diqqət Çəkənlər

Əli Behişti ilə bağlı qərar verildi

Dəri xərçəngindən qoruyan diabet dərmanı tapıldı

“Kainatı yaradan molekulun” yeni mənbələri aşkar edilib

Seçilən
5
ulusum.az

1Mənbələr