"Abşeron" basketbolçusu Jaja Davislə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Amerikalı basketbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Davis ötən il Bakı təmsilçisinin heyətinə qatılmışdı.
İdman.biz