AZ

Paşinyan Münhendə regional sülhdən danışdı

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Tətbiqi Siyasət Araşdırmaları İnstitutu (APRI Ermənistan) və Müşahidəçi Araşdırmalar Fondunun birgə təşkil etdiyi “Minilateralizm və Qlobal Alyanslardan Məqsədli Tərəfdaşlıqlara Keçid” adlı dəyirmi masada iştirak edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Nikol Paşinyan çıxışında qeyd edib ki, Ermənistanın xarici siyasəti beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlıq yolu ilə ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə və iqtisadi inkişafına yönəlib: "Ermənistan Respublikası hökumətinin əsas prioritetləri regional sülhün bərqərar edilməsinə yönəlmiş addımlar və “Sülhün kəsişməsi” layihəsidir".

Ağarza Elçinoğlu 

Seçilən
31
1
unikal.az

2Mənbələr