AZ

Aİ ərəblərlə birlikdə Qəzza üzrə təcili plan hazırlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın xarici işlər nazirləri ABŞ Prezidenti Donald Trampın təkliflərinə alternativ olaraq təcili sürətdə Qəzza zolağında münaqişənin nizamlanması planını hazırlayırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat paylaşıb.
Nəşrin məlumatına görə, Aİ ölkələri bu məqsədlə ərəb müttəfiqləri ilə işləyirlər:
"Fələstinlilər və ərəblər Qəzzanı ABŞ və İsrailin deyil, onların necə idarə edəcəklərinə münasibətdə qızıl ortanı tapmalıdırlar. Bu boşluğu doldurmaq lazımdır və avropalılar ərəblərlə həm maliyyə, həm də planların təqdimatı məsələləri üzrə işləyəcəklər. Hazırda bunun üzərində iş gedir".
Xatırladaq ki, D.Tramp Qəzza zolağı sakinlərinin ərəb ölkələrinə köçürülməsini və Amerikanın oraya sahib çıxmasını mümkün hesab edir.
Seçilən
52
50
oxu.az

10Mənbələr