AZ

Deşam Mbappeni yenidən Fransa millisinə çağıracaq

Fransa millisinin baş məşqçisi Didye Deşam qarşıdakı oyunlara hücumçu Kilyan Mbappeni də dəvət edəcəyini təsdiqləyib.

Oktyabr və noyabr aylarında "Real Madrid"in futbolçusu millidən dəvət almayıb.

"Operativ Media" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Deşam Mbapennin milliyə çağırılacağını təsdiqləyib.

"Bəli, Mbappe qarşıdakı oyunlarda komandada olacaq".

Fransa millisi martın 20 və 23-də Millətlər Liqasının 1/4 finalında Xorvatiya millisi ilə qarşılaşacaq.

Mbappe Fransa millisində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə edib.

Seçilən
25
1
operativmedia.az

2Mənbələr