Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, bu ilin yanvar ayında əcnəbilərə 1 547 mənzil satılıb.
Valyuta.az xəbər verir ki, yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 50 mənzil əldə edib. Bu göstərici ötən ilin dekabrında 110 olub.
Yanvarda əcnəbilər arasında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub – 248 mənzil. Onları 162 mənzillə İran, 103 mənzillə İraq vətəndaşları izləyib.
Əcnəbilərə mənzil satışının ən yüksək olduğu şəhərlər sırasına isə İstanbul (611 mənzil), Antalya (469 mənzil) və Mersin (118 mənzil) daxil olub.
Maya Hüseynova