AZ

General-mayor Məhəmməd Abbasquliyevin məzarı ziyarət edilib

Fevralın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti tərəfindən II Fəxri xiyabanda DSX rəisinin sabiq müavini, mərhum general-mayor Məhəmməd Abbasquliyevin 60 illik yubileyi münasibətilə əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.

DSX-nin mətbuat mərkəzindən "İki sahil"ə verilən məlumata görə, mərhumun məzarını ziyarət edənlər həyatının çox hissəsini vətənimizin təhlükəsizliyinin təmin olunmasına, sərhədlərimizin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrların formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirib və xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən general-mayor M.Abbasquliyevin ailə üzvlərinə başsağlığı verilib.

Seçilən
5
3
ikisahil.az

4Mənbələr