AZ

Türk dünyası iqtisadi tarixində həlledici mərhələyə qədəm qoyur - Bağdat Amreyev

Bakı. Trend:

Türk dünyası iqtisadi tarixində həlledici mərhələyə qədəmqoyur.

Trend xəbərverir ki, bunu Türk İnvestisiya Fondunun (TİF) prezidenti BağdatAmreyev “Türk İnvestisiya Fondu və Türk Ticarət və SənayePalataları Birliyi(TCCI): Biznes Liderləri üçün MəlumatlandırmaGörüşü və B2B” tədbirində deyib.

"Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il sonra Türkdünyası daha da birləşib, ölkələr arasında əlaqələr möhkəmlənib,biznes icmaları isə daha sıx əməkdaşlıq etməyə başlayıb", - obildirib.

Onun sözlərinə görə, Türk dünyası öz taleyini formalaşdıracaquzun bir yolun başlanğıcındadır.

“Türk dünyası strateji-iqtisadi dəhlizə çevrilir. Bütün siyasi,hökumətlərarası və institusional səylər vahid məqsədə – Türkdünyasının inteqrasiyasına yönəlib. Bu inteqrasiya yalnız iqtisadideyil, eyni zamanda, mədəni, tarixi və siyasi əməkdaşlığaəsaslanır. Biznes icması bu prosesdə mühüm rol oynayır. Hökumətlərqərarlar qəbul edir, təşkilatlar bu prosesi asanlaşdırır,institutlar bu məqsədə çatmaq üçün çalışır, lakin bütün bu səylərireallığa çevirən məhz biznes icmasıdır. Türk dünyasında iqtisadiəməkdaşlıq 5 əsas istiqamətdə inkişaf edir. Bunlar ticarət vəinvestisiya üçün maneələrin aradan qaldırılması, nəqliyyat vəenerji bağlantılarının gücləndirilməsi, regional təchizatzəncirlərinin genişləndirilməsi, innovasiya və rəqəmsaltransformasiyanın təşviqi, maliyyə əməkdaşlığının gücləndirilməsivə birgə maliyyələşdirmə mexanizmlərinin inkişafıdır”, - deyə oəlavə edib.

Bağdat Amreyev qeyd edib ki, Türk dünyası iqtisadi tarixindəhəlledici mərhələyə qədəm qoyur və bu inkişafın əsas aparıcıqüvvəsi biznes icması olacaq.

Seçilən
18
7
az.trend.az

8Mənbələr