AZ

Xatun onun adını eşidib efirdə ağladı

“Qardaşım Balaşı qucaqlamaq istəyirəm (ağlayır)”.

OLAY yazır ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Mərhum qardaşı Balaşın adını eşidən sənətçi göz yaşlarına boğulub. Proqramda qonaq olan həmkarı Ramal İsrafilov bu anda ayağa qalxaraq xanım müğənnini qucaqlayıb.

Bundan sonra Xatun bir neçə gün əvvəl bacısı qızına etdiyi toydan söz açıb:

“Soruşurlar ki, Xatunun qızı var? Onu oğlum Adildən ayırmamışam. Onlar bir yerdə böyüyüblər. Evə gələndə ikisidə qabağıma qaçırdılar. Düzdü onlara anam baxıb amma bacım İsraildə yaşadığına görə o qızı biz böyütmüşük. Mərhum qardaşım Balaş həm o qıza həm də oğlum Adilə atalıq edib. Hətta Balaşın ən pis və xəstə olan vaxtında o qız bizə bacı olub. Ona bir vəfa borcum vardı. Ona hər zaman deyirdim ki, sənə gözəl xına məclisi edəcəyəm və səni özüm gözəl şəkildə ərə verəcəyəm. Amma sən yaxşı təhsil və savad almalısan. O çox savadlı, tərbiyəli və ağıllı qızdır. O, AzTV-də çalışır. Onu gözəl şəkildə ərə vermək, toyunu etmək həm mənim, həm də Balaşın arzusu idi. Şükür edirəm ki, Allah mənə bu maddi və mənəvi gücü verdi. Balaşın ruhu şad olsun. Anam çox narahat idi. Onu oğlum Adildən ayırmadım. Onun üçün də gözəl toy etdim. Hər şey yüksək səviyyədə oldu”.

Seçilən
23
2
olay.az

3Mənbələr