AZ

Azərbaycanın səfiri seksual təzyiqdə ittiham olunur – ŞOK DETALLAR

Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov seksual təzyiqdə ittiham olunur.

Məlumatı Britaniya mətbuatı yayıb.

İbrahimovun bu addımı Çeşir qraflığındakı reabilitasiya klinikasının 3 əməkdaşına qarşı atdığı iddia olunub.

Mətbuat yazır ki, İbrahimov fevralın 7-də Çesterdəki Krallıq Məhkəməsində dindirilib. Məhkəmədə bəlli olub ki, İbrahimovun iştirakı ilə klinikada insident 2023-cü ilin son aylarında baş verib. İttihamçı tərəf iddia edib ki, keçmiş səfir klinikanın 3 əməkdaşının sinəsinə, cinsiyyət orqanı ətrafına toxunub, eləcə onların əllərini dəfələrlə öpüb.

İbrahimov ittihamların yalnız bir qismini qəbul etdiyini açıqlayıb.

Daha sonra çıxış edən hakim Patrik Tompson Rafael İbrahimovun hərəkətlərini həyasızlıq və çirkinlik adlandırıb. O deyib ki, İbrahimovun hərəkətləri 60 yaşlı və əvvəllər məhkum olunmayan insan üçün xarakterik deyil. Lakin ilk dəfə cinayət törətməsini nəzərə alaraq, cəzanı təxirə salacağını açıqlayıb.

Ümumilikdə İbrahimov 16 aylıq həbsə məhkum edilib. Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib. İbrahimovun adı bundan sonra 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq.

Qeyd edək ki, Rafael İbrahimov 2001-2007-ci illərdə Azərbaycanın Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri olub. O daha sonra Britaniyada müxtəlif kanallarda icmalçı kimi çalışıb.

Əliyar Xəlil

Mənbə: globalinfo.az

Seçilən
73
4
globalinfo.az

5Mənbələr