AZ

ASCO gəmiləri ilə bu ilin ilk ayı üzrə yükdaşıma göstəriciləri artıb

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) -in gəmiləri ilə2025-ci ilin ilk ayı üzrə yükdaşıma göstəricilərində artım qeydəalınıb. Statistika ötən ilin eyni dövrü ilə müqayisədə bütünseqmentlərdə yüksəlişi nümayiş etdirir.

Trend bu barədə ASCO-dan məlumat əldə edib.

Məlumata görə, ilin ilk ayında ən böyük artım quru yükdaşımalarında qeydə alınıb. 2024-cü ilin yanvarında 60 196 ton quruyük daşınmışdısa, bu göstərici 2025-ci ilin eyni ayında 180 506tona yüksəlib, yəni 200,65% artım baş verib.

Tanker daşımalarında da müsbət dinamika müşahidə olunub. Ötənilin yanvarında 328 533 ton yük daşınmışdısa, cari ilin eynidövründə bu rəqəm 359 362 tona çatıb. Artım 9,38%-dir.

Vaqon daşımalarında isə 2,76%-lik artım baş verib. 2024-cü ilinyanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında 2 762 vaqondaşınıb.

Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb.2024-cü ilin ilk ayında 2 980 TIR daşınmışdısa, 2025-ci ilinyanvarında bu rəqəm 4 139-a çatıb. Nəticədə 38,88%-lik artımolub.

Seçilən
25
9
az.trend.az

10Mənbələr