AZ

İlkin hərbi qeydiyyatla bağlı cərimələr artırılır

Bununla bağlı qanun layihəsi Milli Məclisin fevralın 14-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan, yaxud təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimələnir.

Qeyd edək ki, qüvvədə olan Qanuna əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.

AzVision.az

Seçilən
66
40
azvision.az

10Mənbələr