2024-cü ildə Milli Depozit Mərkəzindəki (MDM) depo hesablarının sayı 32 % artaraq 121 610-dan 160 545-ə, o cümlədən aktiv hesabların sayı 40,7 % artaraq 75 024-dən 105 552-yə çatıb.
Bunu MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
"Ötən il depo hesablarının açılması üçün yeni arxitektura formalaşdırılıb, API vasitəsilə hesabların məsafədən açılması təmin edilib. Bu funksionallıq geniş investor kütləsinə mobil tətbiq vasitəsilə MDM-in depozitar sistemində hesab açmaq imkanı yaradıb", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, il ərzində təkrar bazarda ticarəti mümkün edən zəruri infrastruktur istifadəyə verilib: "Nəticədə MDM-in İnvestor portalında və APİ vasitəsilə investorlarabalanslarında olan qiymətli kağızlar barədə məlumat əldə etmək imkanı yaradılıb".