“Sumqayıt” Futbol Klubu ilə “SOCAR Polymer” MMC arasında sponsorluq müqaviləsi imzalanıb.
Demokrat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun Mətbuat zalında təşkil olunan imza mərasiminə hər iki qurumun rəhbərliyi, əməkdaşları, həmçinin digər tərəfdaş şirkətlərin nümayəndələri qatılıb.
Əvvəlcə çıxış edən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev əməkdaşlığın önəmindən bəhs edib və vurğulayıb ki, son zamanlar bütün dünyada geniş vüsət alan iri şirkətlərin idmana investisiya etmə tendensiyasının Azərbaycanda da yayılması ölkə futboluna böyük töhfə verəcək. Rəfiyev həmçinin qeyd edib ki, bu əməkdaşlıq hər iki quruma gələcəkdə inkişaf yolunda böyük təkan olacaq.
Daha sonra “SOCAR Polymer” MMC-nin Baş direktoru Fuad Əhmədov çıxış edib və o da öz növbəsində bu əməkdaşlıqdan məmnun olduqlarını, həm Sumqayıt şəhərinin idman həyatına, həm də ölkə futboluna daim dəstək olacaqlarını vurğulayıb. Əhmədov bildirib ki, bu yöndə fəaliyyətlərini gələcəkdə də davam etdirəcəklər.
Daha sonra iki qurumun rəhbərliyi arasında rəsmi əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olub.
Razılaşmaya əsasən, “Sumqayıt”ın təlim-məşq bazası bundan sonra “SOCAR Polymer Arena” adlanacaq. Həmçinin həm bazada, həm də Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda “SOCAR Polymer” brendinin bannerləri və reklam lövhələri yerləşdiriləcək. Bundan əlavə, klubun rəsmi oyun formalarında “SOCAR Polymer” şirkətinin loqosu həkk olunacaq.
10Mənbələr
-
cbcsport.az“Sumqayıt” sponsorluq müqaviləsi imzalayıb ( 15481051)
-
gundem.azSumqayıt da stadionun adı DƏYİŞDİRİLDİ ( 15480139)
-
referans.azSumqayıt da stadionun adı DƏYİŞDİRİLDİ ( 15476487)
-
moderator.azSumqayıt stadionun adı dəyişdirildi ( 15475777)
-
rekord.az"Sumqayıt" FK ilə "SOCAR POLYMER" MMC arasında müqavilə imzalandı ( 15475473)
-
medianews.azSumqayıt da stadionun adı DƏYİŞDİRİLDİ ( 15474839)
-
football-plus.az“Sumqayıt” sponsorluq müqaviləsi imzaladı ( 15474817)
-
milli.azSumqayıt da stadionun adı DƏYİŞDİRİLDİ ( 15474695)
-
oxu.azSumqayıt stadionun adı dəyişdirildi ( 15474089)
-
demokrat.azBu stadionun adı dəyişdirildi ( 15473001)