AZ

Hündürdaban ayaqqabılar bu fəsadlara səbəb olur

Əksər xanımlar hündürdaban ayaqqabıya üstünlük verir. Bəzi qadınlar xüsusi günlərdə, bir çoxları isə demək olar ki, gündəlik həyatlarında geyinir. Bildiyimiz kimi, hündürdaban ayaqqabılar biraz müddət sonra ayaqda ağrılara səbəb olur, habelə sağlamlıq problemlərinə yol aça bilər. Missiya.Az mövzu barədə məlumatı təqdim edir:Mütəxəssislər deyir ki, dabanlı ayaqqabılar da topuğun bucağını dəyişdirir, dizlər və beldəki yükü artırır. 10 sm-lik daban ayağın ön və barmaqlarındakı təzyiqi 30 faiz çoxaldır. Həmçinin, damarlarda qan dövranı məhdudlaşdırıla bilər, artrit inkişaf riski artır, oynaqda da ağrılar əmələ gəlir. Dar və dikdaban ayaqqabılar bədən quruluşuna da təsir edir. Baş barmağın digər barmaqlara təzyiq etməsinə və ayaqların yan tərəfində sümük kimi şişin ortaya çıxmasına gətirib çıxarır.

Ona görə də xanımlar gedəcəkləri yerə özü ilə rahat ayaqqabı da aparmalıdır. Ya da çatdıqları məkanda oturarkən heç olmasa rahat ayaqqabı geyinməli, ya da yolda olan zaman... Zəruri olmadığı təqdirdə maksimum şəkildə rahat ayaqqabıdan istifadə edilməlidir.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr