AZ

Roma Papası xəstəxanaya YERLƏŞDİRİLDİ

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Papa Fransisk bəzi lazımi diaqnostik testlərdən keçmək və bronxitlə bağlı davam edən müalicəsini xəstəxana şəraitində davam etdirmək üçün Romadakı “Agostino Gemelli” xəstəxanasına müraciət edib.

Onun xəstəxanada neçə gün qalacağı açıqlanmayıb.
 

Qeyd edək ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Ötən günlərdə keçirilən görüşlərdə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.


88 yaşlı Fransisk ötən illərdə də bir neçə dəfə xəstəxanaya yerləşdirilib.

Bizim.Media

Seçilən
29
2
bizim.media

10Mənbələr