AZ

Hotellərinin gəlirlərində kəskin azalma  olan - 4 RAYON

2024-cü il Azərbaycanın 11 rayon və şəhərlərində fəaliyyət göstərən hotellərin gəlirlərində azalma baş verib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Gəlirlərinin dinamikasına görə  İmişli rayonu sonuncu pillədə qərarlaşıb. Belə ki, rayonun hotellərininin gəlirlərində son bir il ərzində gəlirlərində 3,2 dəfə və ya 523,8 min manat azalma olub. 2023-cü ildə rayonun hotelləri 764,8 min manat gəlir əldə etmişdisə 2024-cü ildə b göstərici 241 min manata brəabər olub.
Göyçay hotelləri isə gəlirlərindən illik müqayisədə 3 dəfə (170,5 min manat) itirib. Nəticədə gəlirlər 254,4 min manatdan, 83,9 min manata düşüb.
Oğuz hotellərinin gəlirləri isə son bir il ərzində 2,2 dəfə (129,7 min manat) azalmaqla 235,5 min manatdan 105,5 min manata bərabər olur.
Lerik rayonunda isə son bir il ərzində 2,1 dəfə (263,7 min manat) azalma baş verib. Rayonun hotelləri ötən ili 500,8 min manat gəlirlə başa vurub. 2023-cü ildə isə bu göstərici 237,1 min manata bərabər olub.

Seçilən
6
1
fed.az

2Mənbələr