Konyada boş ərazidə avtomobildə sinəsindən bıçaqlanmış kişi meyiti tapılıb.
Ulusal.az xəbər verir ki, tibb əməkdaşları tərəfindən edilən ilkin yoxlamada 37 yaşlı Şuayip Dəmirin həyatını itirdiyi müəyyən edilib.
Şübhəli kimi Şuayip Dəmirin 3 ildir birlikdə yaşadığı Ayşe K. dindirilməyə çağırılıb. Onların tez-tez mübahisə etdikləri məlum olub. Mübahisənin əsas səbəbi isə kişinin çayxanaya çox getməsi olub.
Şübhəli şəxs polisə verdiyi ifadəsində mübahisədən sonra Şuayip Dəmiri bıçaqlayaraq öldürdüyünü, daha sonra intihara oxşatmağa çalışdığını etiraf edib.
Polis bölməsindəki əməliyyatlardan sonra Ayşe K. ədliyyəyə göndərilib. Qadın həbs edilib.publika.az
![](https://publika.az/storage/2025/02/14/3765410_29ef82c605a1c68e846b049b975fa626.jpg)
![](https://publika.az/storage/2025/02/14/3765410_04ec252bcff066ccf66d825da40e8a7c.jpg)
![](https://publika.az/storage/2025/02/14/3765410_53fabc348b790ace302a4a673a2be2f5.jpg)
![](https://publika.az/storage/2025/02/14/640x360.jpg)