AZ

Atəşkəsin detalları Ərəbistanda müzakirə ediləcək

ABŞ, Rusiya və Ukrayna Səudiyyə Ərəbistanında keçirilən danışıqlar çərçivəsində atəşkəsin həyata keçirilməsi prosedurunu, qoşunların geri çəkilməsini və monitorinq qruplarının yaradılmasını müzakirə edəcəklər.

Axar.az xəbər verir ki, bu məlumatı “Nezıqar” Teleqram kanalına diplomatik mənbə xəbər verib.

Atəşkəs Ukraynanın payıza qədər prezident və parlament seçkilərini keçirmək öhdəliyi ilə əlaqələndiriləcək. Rusiya tərəfi bunda israrlıdır. Həmçinin, Moskva atəşkəsi Rusiyanın banklarına tətbiq edilən sanksiyaların qaldırılması və beynəlxalq pul köçürmələrinin bərpa edilməsi ilə əlaqələndimək istəyir.

Mənbənin sözlərinə görə, Rusiya Kiyevlə birbaşa danışıqlara getməyəcək və Zelenski ilə hər hansı bir sənəd imzalamayacaq.

Analitiklərin fikrincə, atəşkəs dövründə Ukraynada növbədənkənar seçkilərin keçirilməsi vəziyyəti qarışdıra bilər və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarını toplamasına və cəbhədə rotasiya aparmasına mane olacaq.

"Yeni Tramp komandası münaqişə məsələlərinə çox səthi yanaşır və Trampın həddindən artıq optimizmi danışıqlar prosesinin mürəkkəbliyini əks etdirmir", - deyə diplomatik mənbə hesab edir.

Seçilən
4
50
axar.az

10Mənbələr