AZ

Azərbaycanda bu ailələrə 315 manat ödəniləcək: Sevindirici xəbər

Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi ilə bağlı yeni təkliflər gündəmdədir. Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, ölkədə çoxuşaqlı ailə statusunun 5 uşaqlıdan 3 uşaqlıya endirilməsi ilə bağlı təkliflər səsləndirilib və hazırda bu istiqamətdə işlər aparılır. Bu təkliflər demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək. 

Əgər bu dəyişiklik qəbul edilərsə, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə statusu alacaq və sosial müavinətlərdən yararlana biləcəklər. Hazırda Azərbaycanda 5-dən çox uşağı olan ailələrə hər uşaq üçün aylıq 105 manat sosial müavinət ödənilir. 

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, çoxuşaqlı ailə anlayışının 5-dən 3-ə endirilməsi təklifi ilə 110 minə yaxın ailə bu hüquqdan yararlana biləcək və həmin ailələrdə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. 

Azərbaycanda hazırda 5 və daha çox uşağı olan qadınlara sosial müavinət uşaqların 18 yaşı tamam olanadək ödənilir. Müavinətlərin məbləği hazırda hər uşaq üçün 105 manatdır. Bu vəsaitlər çoxuşaqlı ailələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına və onların sosial ehtiyaclarının qarşılanmasına yönəlib.

Dünyanın bir çox ölkəsində çoxuşaqlı ailə anlayışı fərqlidir. Məsələn, bəzi ölkələrdə 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur və xüsusi sosial güzəştlərdən yararlanırlar. Azərbaycanın bu istiqamətdə təcrübə tətbiq etməsi beynəlxalq praktikaya uyğun olaraq sosial siyasətin müasir tələblərə uyğunlaşdırılması məqsədini güdür.

Yeni təkliflər qəbul edildiyi təqdirdə dövlət büdcəsinə əlavə yük düşəcəyi gözlənilir. Ancaq bunun uzunmüddətli perspektivdə demoqrafik göstəricilərə müsbət təsir edəcəyi və işçi qüvvəsinin artmasına şərait yaradacağı vurğulanır.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 105 manat məbləğində aylıq sosial müavinət təyin edilir və bu müavinət uşaqların 18 yaşı tamam olan ayın sonunadək ödənilir. 

Bu təklifin qəbul edilməsi ölkədə çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə və demoqrafik inkişafın dəstəklənməsinə töhfə verə bilər.

Zəhra

Seçilən
11
1
news24.az

2Mənbələr