AZ

Məhəmməd Salah Premyer Liqada möhtəşəm nailiyyəti təkrarladı

“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında ancaq üç futbolçuya məxsus nailiyyəti təkrarlayıb.

Arena.az məlumat verir ki, misirli futbolçu Premyer Liqa çərçivəsində keçirdiyi son 100 oyunda 100 səmərəli fəaliyyətlə yadda qalıb.

Salah bu oyunlarda 62 qol vurub, 38 məhsudlar ötürmə müəllifi olub.

Müvafiq nailliyyətə daha əvvəl ancaq üç futbolçu nail olub. Söhbət İngiltərə futbolunun əfsanəvi hücumçusu Alan Şirer, fransalı hücumçu Tyerri Anri və niderlandlı hücumçu Robin van Persidən gedir.

Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.

Salahın “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrılması gözlənilir.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 27 qol vurub, 19 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 384 oyun, 238 qol, 107 məhsuldar ötürmədən ibarətdir.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.

Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub və 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
58
1
arena.az

4Mənbələr