AZ

Somali prezidenti azərbaycanlı cütlüyün nikah şahidi oldu - VİDEO

Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Redaktor.az "Baku TV"yə istinadən xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Eyni zamanda ona "ASAN xidmət" modeli ilə bağlı təqdimat edilib.

Somali prezidenti burada, həmçinin, azərbaycanlı cütlüyün nikahında iştirak edərək şahid olub.

Seçilən
27
13
redaktor.az

10Mənbələr